12:00, 23 Yanvar 2016 (Şənbə) 1394

Çin superkompüterin hazırlanmasına başlayır

Çin superkompüterin hazırlanmasına başlayır
/ TEXNO

Çin Milli Superkompüter Mərkəzi qarşıdakı illərdə yeni nəsil superkompüter hazırlamaq istəyir.


"Report" TASS-a istinadən xəbər verir ki, Tyantszin şəhərində yerləşən ÇMSM hazırlayacağı yeni kompüterin sələfi "Tianhe-1A"dan min dəfə daha güclü olmasını və bir saniyədə kvintilyon (min kvadrilyon) əməliyyat həyata keçirə biləməsinin istəyir.


Yeni superkompüterin prototipinin 2017 və ya 2018-ci ildə təqdim ediləcəyi gözlənilir.


Hazırda Çində və ümumiyyətlə, dünyada ən sürətli kompüter Çin Xalq Qurtuluş Ordusu üçün nəzərdə tutulmuş "Tianhe-2" superkompüteri sayılır. O, saniyədə 33,9 kvadrilyon əməliyyat yerinə yetirmək gücünə malikdir və artıq üç dəfə dünyanın ən güclü 500 kompüteri siyahısına başçılıq edib. Amma ölkədə daha geniş istifadə olunan "Tianhe-1A" kompüterləridir. O, sürətinə görə "Tianhe-2"yə uduzsa da, müxtəlif sahələrdə - neft yataqlarının kəşfiyyatının işlənməsi, animasiyalı filmlərinin istehsalı, biotibbi tədqiqatlarda və s. istifadə üçün ən optimalı hesab olunur.


365.Az

 


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";