13:14, 10 Fevral 2017 (Cümə) 1541

Bakıda mobil telefonlar kəskin ucuzlaşdı - FOTOLAR

Bakıda mobil telefonlar kəskin ucuzlaşdı -   FOTOLAR
Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb. Ötən il qiymətləri kəllə-çarxa çıxan telefonlar hazırda nisbətən ucuz qiymətə müştərilərə təklif olunur.

365.az-ın azvision-a istinadla verdiyi məlumata görə, telefon satışı ilə məşğul olan İsmayıl Əhmədov azvision.az-a bildirib ki, "Samsung” və "iPhone” markalı telefonların qiyməti daha çox ucuzlaşıb.

Satıcının sözlərinə görə, son günlər telefon bazarında qiymətlər hiss ediləcək dərəcə aşağı düşüb. Belə ki, "iPhone” modelləri 50-100 manat endirimlə satışa çıxarılıb.

"Samsung”un ən çox üstünlük verilən "J” versiyası 450-580 AZN-ə alıcılara təklif olunur. Digər modellərdə də qiymətlərin dəyişdiyi bildirilir.

"Samsung”un müxtəlif modellərinə minmum 20-30 manat endirim tətbiq edilib. Nisbətən bahalı telefonların qiymətləri 50 manatadək aşağı salınıb.

Satıcılar hesab edirlər ki, qiymətlərin ucuzlaşması bazarda canlanmaya səbəb olub. Əvvəlki günlərlə müqayisədə alıcılıq qabiliyyəti yüksəlib. 

365.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";