11:44, 15 Aprel 2017 (Şənbə) 104

Kremlin ən varlı məmur arvadı: Bir ilə 120 milyon qazanıb - FOTOLAR

Kremlin ən varlı məmur arvadı: Bir ilə 120 milyon qazanıb -  FOTOLAR
/ LİFE
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, fiqurlu konkisürən Tatyana Navka 2016-cı ildə qazandığı 120 milyon rubl gəlirlə Kreml məmurlarının xanımları arasında liderlik edib.
"Qaynar" “qafqazinfo”ya istinadən xəbər verir ki, Dmitri Peskov həyat yoldaşından 9,4 dəfə az-12,8 milyon rubl qazanıb. 
Qeyd olunur ki, T. Navkanın Rusiyada 2 torpaq sahəsi və 2 evi, 4 mənzili, ABŞ-da isə 1 mənzili, eləcə də 3 avtomobili var.
D. Peskovun isə 2 mənzili, 2 torpaq sahəsi və 700 kvadrat metrlik evi var.
Prezidentin köməkçisi Yuri Uşakovun xanımı 1 il ərzində qazandığı 37 milyon rublla ikinci yerdə qərarlaşıb. Uşakovun özü 8 milyon rubl əldə edib.
Qaynar.Az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";