16:01, 19 Aprel 2017 (Çərşənbə) 83

Tovuzda əl qumbarası aşkar edilib

Tovuzda əl qumbarası aşkar edilib

Bakı. 19 aprel. / Tovuz rayonunun Əlimərdanlı kəndində 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd əl qumbarası (RQN) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 200 kv.m ərazi (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı) yoxlanılıb.

Ümumilikdə Agentlik yanvarın 1-dən aprelin 19-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 8 otlaq sahəsinə, 7 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 5 132 ədəd partlamamış hərbi sursat, 103 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 1 992 674 kv.m ərazi (528 688 kv.m əl, 566 400 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 784 586 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";