05:55, 21 Aprel 2017 (Cümə) 100

Kanadada qatar relsdən çıxıb, ölənlər var

Kanadada qatar relsdən çıxıb, ölənlər var
/ DÜNYA

Bakı. 21 aprel. / Kanadanın qərb sahilində yerləşən Vankuver adasında yük qatarı relsdən çıxıb.

"Report"un CBC telekanalına istinadən verdiyi xəbərə görə, polis iki nəfərin öldüyünü təsdiq edib.

Daha 3 nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Onlardan birinin vəziyyəti ağırdır.

Odun daşıyan qatarda ağac tədarük edən "Western Forest Products" şirkətinin əməkdaşları olub.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";