09:31, 21 Aprel 2017 (Cümə) 45

Azərbaycan nefti 2% ucuzlaşıb

Azərbaycan nefti 2% ucuzlaşıb

Bakı. 21 aprel. / Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,21 dollar yaxud 2,20% düşüb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 53,81 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";