12:26, 21 Aprel 2017 (Cümə) 150

Dortmund terroruna görə 28 nəfər saxlanıldı

Dortmund terroruna görə 28 nəfər saxlanıldı
/ İDMAN
Dortmundda "Borussiya” futbolçularını stadiona aparan avtobusun yaxınlığında baş verən partlayışa görə 28 yaşlı Rusiya vətəndaşı saxlanılıb.

Sport7.az xəbər verir ki, bu barədə "Bild” məlumat yayıb. 

Xəbərə görə, Sergey adlı şübhəli futbolçulara hücumundan sonra klubun səhmlərinin dəyəri düşəcəyi fikrini düşüb. 

Hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən şəxsin hücumdan bir neçə saat əvvəl "L Arrivee” otelindən öz "IP-adresi” vasitəsilə klubun 15 min səhmini 78 min avroya almasıdır. 

Əməliyyatın baş verdiyi bank şübhəli sövdələşmə barədə polisə məlumat verib. Nəşr bildirib ki, əgər partlayışdan sonra klubun səhmləri kəskin şəkildə aşağı düşsəydi, Rusiya vətəndaşı 3,9 mln. avro qazana bilərdi.

Artıq Baş Prokurorluq rəsmi saytında Almaniyanın "Borussiya" futbol klubunun avtobusuna hücum barədə açılmış cinayət işi üzrə 28 yaşlı, əslən Rusiyadan olan vətəndaşın həbs edildiyini təsdiqləyib. Onun ikili vətəndaşlığı olduğu deyilir. 

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";