14:29, 21 Aprel 2017 (Cümə) 87

Bakıda məktəbli qıza qarşı soyğunçuluğa cəhd olub

Bakıda məktəbli qıza qarşı soyğunçuluğa cəhd olub
/ ÖLKƏ

Bakı. 21 aprel. / Bakıda 15 yaşlı qıza qarşı soyğunçuluğa cəhd olub.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi ev 8 B ünvanının qarşısında qeydə alınıb.

Həmin ərazidə naməlum şəxs məktəb 2002-ci il təvəllüdlü A.İ.-yə qarşı zor tədbiq etməklə məktəbli çantasını əlindən almağa cəhd edib.

Məktəbli qışqırdığından naməlum şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

Faktla bağlı araşdırmalar aparılır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";