15:29, 21 Aprel 2017 (Cümə) 121

Avroliqada yarımfinalın püşkü atıldı - FOTO

Avroliqada yarımfinalın püşkü atıldı  - FOTO
/ İDMAN

Avropa Liqasında yarımfinalın püşkü atılıb. 

"Qaynar" Fanat.Az-a stinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə qitənin ikinci dərəcəli klub turnirində 4 komanda rəqiblərini tanıyıb.

Püşk İngiltərənin "Mançester Yunayted" və İspaniyanan "Selta" klublarını üz-üzə qoyub. İlk matç İspaniyada baş tutacaq.

Digər cütlükdə isə Hollandiyanın "Ayaks" və Fransanın "Lion" klubları qarşılaşacaq. İlk görüş Amsterdamda keçriləcək.

Yarımfinal ilk görüşləri mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. 

Mərasimdə finalın nominal meydan sahibi də müəyyənləşib. Mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena in Solna”da baş tutacaq finalın nominal meydan sahibi "Ayaks" - "Lion" cütünün qalibi olacaq.

Qaynar.Az

(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";