19:45, 21 Aprel 2017 (Cümə) 59

SKMF Neftçalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Neftçalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 21 aprel. / İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Neftçala rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sahibkarlardan süd emalı, meyvəqurutma, çörək və şirniyyat məhsulları, qablaşdırma materialı, bal emalı və qablaşdırılması, plastik qablar, polietilen paketlər, corab və təbii məhsullardan sabun istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172, tel: (012) 434-74-29, faks: (012) 432-37-17, e-mail: [email protected]) müraciət edə bilərlər.

Fond aprelin 13-də Neftçalada işgüzar forum keçirib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";