15:49, 26 Aprel 2017 (Çərşənbə) 125

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə diplomatik pasport və rütbə veriləcək

Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndələrinə diplomatik pasport və rütbə veriləcək

Bakı. 26 aprel. / Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə Fövqəladə və Səlahiyyətli ikinci dərəcəli Elçi diplomatik rütbəsi verilir.

"Report"un xəbərinə görə, bununla bağlı "Diplomatik xidmət haqqında" qanunun 9-cu (Diplomatik rütbələrin verilməsi qaydaları) maddəsində dəyişiklik edilməsi təklif olunur.

Qanuna əsasən, Fövqəladə və Səlahiyyətli Səfir, birinci və ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbələri Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə müvafiq olaraq verilir.

Bundan başqa, "Pasportlar haqqında" qanununa da dəyişiklik təklif edilir. Layihədə  Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə diplomatik pasportların verilməsi təklif edilir.

Dəyişikliklər "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 26 yanvar tarixli fərmanının icrası məqsədilə təklif olunur.

Layihə Milli Məclisin mayın 2-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";