16:12, 26 Aprel 2017 (Çərşənbə) 105

"Eurovision-2016"nın qalibi Camala ailə qurub - FOTO

Bakı. 26 aprel. / "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Camala ailə həyatı qurub.

"Report" xəbər verir ki, onun həyat yoldaşı Krım tatarlarının hüquqlarının müdafiəsi fəalı Bəkir Süleymanov olub.

Toy Kiyevin İslam Mədəniyyət Mərkəzində krım-tatar ənənələri üzrə keçirilib.

Qeyd edək ki, Camala (Susanna Camaladdinova) ötən il keçirilən müsabiqədə Krım tatarlarının deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa etməklə qalib olub.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";