10:11, 27 Aprel 2017 (Cümə axşamı) 88

Rusiya-Azərbaycan sərhədində meşə yanır

Rusiya-Azərbaycan sərhədində meşə yanır
/ DÜNYA

Bakı. 27 aprel. / Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, yanğın Dağıstan ərazisində baş verib.

Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir. Yerli sakinlər də yanğının söndürülməsində yanğınsöndürənlərə kömək edir.

Yanğın 2 hektar sahəni əhatə edir. Əsasən quru ot və kollar yanır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";