13:43, 27 Aprel 2017 (Cümə axşamı) 124

Diniyev tibbi müayinədən keçdi

Diniyev tibbi müayinədən keçdi
/ İDMAN
Topaz Premyer Liqasının 27-ci  turunda AZAL-a qarşı matçda zədələnən "Kəpəz”in futbolçusu Kərim Diniyev tibbi müayinədən keçib.

Sport7.az xəbər verir ki, onun sağ ayağında ikinci dərəcəli əzələ gərilməsi qeydə alınıb. 

Dünən hazırlıqda iştirak edə bilməyən K.Diniyev bu gün fərdi halda məşqlərə başlayıb. O, həkim nəzarəti altında çalışır. Diniyevin sonuncu turda meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, "Kəpəz" son turda Bakı "İnter"ini qəbul edəcək.

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";