17:23, 27 Aprel 2017 (Cümə axşamı) 116

Konfederasiyalar Kubokunun hakim təyinatları

Konfederasiyalar Kubokunun hakim təyinatları
/ İDMAN
Bu il keçiriləcək Konfederasiyalar Kubokuna 9 ölkədən 9 hakim briqadası qatılacaq. 

Sport7.az xəbər verir ki, FİFA məlumat yayıb. 

Turinirdə iştirak edəcək baş hakimlər: Fəhəd Əl-Mirdasi (Səudiyyə Ərəbistanı), Əlirza Fəqani (İran), Bakari Qassama (Qambiya), Vilyam Qeyqer (ABŞ), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Milorad Majiç (Serbiya), Canluka Rokki (İtaliya) və Damir Skomina (Sloveniya). 

FİFA prezidenti Canni İnfantino turnirdə hakimlər videoköməkdən istifadə edə biləcəklərini qeyd edib. 

Bu sistem üçün isə təyinat alan hakimlər isə bunlardır: Ravşan İrmatov (Özbəkistan), Malan Didu (Seneqal), Jar Marrufo (ABŞ), Enrike Kaseres (Paraqvay), Sandro Riççi (Braziliya), Ovidiu Xaseqan (Rumıniya), Artur Diaş (Portuqaliya), Kleman Türpen (Fransa). 

Qeyd edək ki, Konfederasiyalar Kuboku bu il 17 iyundan 2 iyula kimi Rusiyada keçiriləcək. 

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";