20:55, 05 Avqust 2016 (Cümə) 261

Çılpaq "David"i geyindirmək istəyirlər

Çılpaq "David"i geyindirmək istəyirlər
/ DÜNYA

 Mikelancelonun intibah dövrünün rəmzlərindən hesab edilən "David" heykəli 512 il sonra çılpaq olması ilə yenidən gündəmə gəlib və qalmaqala səbəb olub. 
Ruslar onu geyindirməyə qərar veriblər. David üşüyər deyə yox, tərbiyələrini pozduqlarına görə. Gülməli səslənir deyilmi?

Əslində məsələnin mahiyyəti bundan ibarətdir ki, Sankt-Peterburqda David heykəli ucaldılıb. Yaxınlıqda məktəb və kilsənin olmasını əsas gətirən vətəndaşlar heykələ paltar geyindirməyi təklif ediblər.

16-23 avqust tarixində bu münasibətlə səsvermə keçiriləcək və "David"in geyindirilməsini tələb edənlər səs çoxluğu ilə qalib gəlsələr heykəl örtüyə büküləcək. İtaliya mətbuatı bu xəbərləri eşidib öz narazılığını artıq bəyan edib.

365.az