10:09, 07 Noyabr 2016 (Bazar ertəsi) 96

77 yaşlı qadın intihar etdi

77 yaşlı qadın intihar etdi
 

Tərtər rayonunda intihar hadisəsi baş verib. 

Tərtər rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə noyabrın 6-da rayonun Kəbirli kəndində baş verib. Kənd sakini, 1939-cu il təvəllüdlü Hümbətova Məruzə Köçəri qızı yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. Qadın xərtəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Hümbətova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Təqtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

365.az