02:45, 12 Yanvar 2017 (Cümə axşamı) 71

ABŞ-ın avtomobil zavodunda partlayış baş verib, 6 nəfər yaralanıb

ABŞ-ın avtomobil zavodunda partlayış baş verib, 6 nəfər yaralanıb
/ DÜNYA

Bakı. 12 yanvar. / ABŞ-ın "McNeilus" firmasının avtomobil zavodunun ən azı 6 əməkdaşı sexlərdən birində partlayış zamanı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Yerli şerifin məlumatına görə, partlayış səhər saatlarında lak və boya sexində baş verib.

Hazırda bütün yaralılar xəstəxanaya yerləşdirilib, müəssisənin işi bütün gün ərzində dayandırılıb.