09:51, 28 Aprel 2017 (Cümə) 174

ABŞ-ın dövlət katibi: “Rusiyaya səfərim zamanı heç nəyi həll etmədik”

ABŞ-ın dövlət katibi: “Rusiyaya səfərim zamanı heç nəyi həll etmədik”
/ DÜNYA

Bakı. 28 aprel. / “Biz bu görüşdə heç nəyi həll etmədik”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya səfəri ilə bağlı “NPR” radiosuna müsahibəsində bildirib.

“Rusiya müəyyənləşdirməlidir ki, qlobal dünyanın müsbət, yoxsa dağıdıcı hissəsi olmaq istəyir”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, Reks Tillerson aprelin 12-də Moskvada səfərdə olub. O, Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";