19:44, 20 Aprel 2017 (Cümə axşamı) 30

ABŞ İraqın şimalındakı muxtariyyata 300 milyon dollarlıq silah verəcək

ABŞ İraqın şimalındakı muxtariyyata 300 milyon dollarlıq silah verəcək
/ DÜNYA

Bakı. 20 aprel. / ABŞ İraqın şimalındakı kürd muxtariyyətinə təqribən 300 milyon dollarlıq silah-sursat və hərbi texnika verəcək.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, Dövlət Departamenti ABŞ Müdafiə Nazirliyinin məsələ ilə bağlı təklifini dəstəkləyib.

Sövdələşmə Konqresin Nümayəndələr Palatası və Senat tərəfindən qəbul edilməlidir. Silahlar muxtariyyətin müdafiə ilə məşğul olan qurumuna veriləcək.

Bundan əlavə, amerikalı hərbçiləri bölgədəki kürdlərə təlimat da verəcək. Bunun üçün ABŞ İraqa əlavə hərbi qüvvə göndərəck.

Hazırda ABŞ-ın İraqda 4 min hərbçisi var. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";