11:12, 12 Yanvar 2017 (Cümə axşamı) 55

Abşeron rayonunda elektrik enerjisi verilişində fasilə olacaq

Abşeron rayonunda elektrik enerjisi verilişində fasilə olacaq

Bakı. 12 yanvar. / Xırdalan şəhəri və Saray qəsəbəsinin elektrik enerjisi sistemində yanvarın 12-si saat 12:00-dan 15:00-a qədər qısamüddətli fasilələr yaranacaq. Bu barədə “Report”a “Azərişığ”ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, faisləyə səbəb Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Hökməli qəsəbəsini elektrik enerjisi ilə təchiz edən 10 kV-luq “Hökməli” hava elektrik verilişi xəttində, Xırdalan şəhərinin bir hissəsini elektrik enerjisi ilə təchiz edən 6 kV-luq “BQF” hava elektrik verilişi xəttində və 6 kV-luq “Saray №2” hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC abonentlərindən üzr istəyir.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";