19:36, 24 Aprel 2017 (Bazar ertəsi) 83

Akademik Milli DramTeatrında Həsən Əblucun yubileyi ilə bağlı “Ölülər” tamaşası göstərilib

Akademik Milli DramTeatrında Həsən Əblucun yubileyi ilə bağlı “Ölülər” tamaşası göstərilib

Bakı. 24 aprel. / Akademik Milli Dram Teatrında aktyor, rejissoru, bədii qiraət ustası Həsən Əblucun 75 illik yubileyi ilə bağlı “Ölülər” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə Həsən Əblucun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, universitet tələbələri iştirak ediblər.

Tamaşanın nümayişindən əvvəl xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov çıxış edərək, Həsən Əblucun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən söz açıblar.

Qeyd olunub ki, Həsən Əbluc Akademik Milli Dram Teatrının səhnəsində hazırladığı tamaşalarla teatrsevərlərin qəlbində özünə yer tapıb, tamaşaçı sevgisi qazanıb. O, səhnə fəaliyyətinə aktyor kimi başlasa da, sonradan yaradıcılığını rejissor kimi davam etdirib və bir sıra uğurlu səhnə əsərlərinə imza atıb.

Həsən Əbluc nəinki teatrda, eləcə də televiziyada da uğurla fəaliyyət göstərib, eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı ixtisasını tədris edərək gənc nəslin yetişməsində müstəsna rol oynayıb.

Sonra Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanan tamaşa nümayiş olunub. İki hissədən ibarət komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq artisti Azər Paşa Nemətin quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif Cahangirlidir.

Bu dəfə özünəməxsus formada nümayiş olunan tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətovdur.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətə məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılıb. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirir.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";