12:07, 21 Aprel 2017 (Cümə) 30

AMEA-nın qadın əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edilib

AMEA-nın qadın əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edilib
/ ÖLKƏ

Bakı. 21 aprel. / Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aliyə Cahangirovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Cahangirova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 1973-cü il təvəllüldü A.Cahangirova iki nəfərə qarşı dələduzluqda təqsirli bilinir. O, həmin şəxsləri nəşriyyat işi görmək üçün aldadaraq, onlardan pul alıb. Zərərçəkmişlərdən biri 70 min manat, digəri isə 18 min manatı iş qurmaq adı ilə A.Cahangirovaya verdiyini bildiriblər.

A.Cahangirova əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dizayner vəzifəsində çalışıb. O, həbs edilməmişdən əvvəl AMEA-dan öz ərizəsi ilə işdən çıxarıldığını deyib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";