15:54, 27 Aprel 2017 (Cümə axşamı) 109

AŞPA-nın Monitorinq Komitəsinin 2018-ci ildəki iclası Gürcüstanda keçiriləcək

AŞPA-nın Monitorinq Komitəsinin 2018-ci ildəki iclası Gürcüstanda keçiriləcək
/ DÜNYA

Bakı. 27 aprel. / Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin iclası 2018-ci ilin yayında Gürcüstanda keçiriləcək.

"Report" xəbər verir ki, müvafiq qərar AŞPA-nın yaz sessiyasının keçirildiyi Strasburqda Monitorinq Komitəsinin iclasında qəbul edilib.

İclasda avropalı deputatlar Gürcüstanda baş verən siyasi prosesləri, o cümlədən Gürcüstan Konstitusiyasına planlaşdırılan dəyişiklikləri nəzərdən keçirir.

Qeyd edək ki, Monitorinq Komitəsinin iclasları ənənəvi olaraq Strasburq və ya Parisdə keçirilir. Amma reqlament deputatlara ildə bir dəfə səfər sessiyası təşkil etməyə imkan verir.

AŞPA-nın Monitorinq Komitəsi Avropa Şurasına üzv dövlətlərin təşkilat qarşısındakı öhdəliklərinin icrasının monitorinqi ilə məşğul olur.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";