11:16, 21 Aprel 2017 (Cümə) 72

“Atabank” nizamnamə kapitalını artırmağa başlayıb

“Atabank” nizamnamə kapitalını artırmağa başlayıb

Bakı. 21 aprel. / “Atabank” ASC tezliklə nizamnamə kapitalını 20 mln. manat və ya 40% artıraraq 70 mln. manata çatdıracaq. “Report”un məlumatına görə, bunu “Atabank” və “Caspian Development Bank” ASC-lərin birləşməsi ilə bağlı bu gün keçirilən mətbuat konfrasında bankların daxil olduğu “Synergy Group” MMC-nin icraçı direktoru İsmayıl Süleymanov deyib.

Onun sözlərinə görə, artıq 10 mln. manatlıq kapital qoyuluşu həyata keçirilib, qalan 10 mln. manat vəsait isə tezliklə bankın nizamnamə fonduna əlavə olunacaq.

“Bununla yanaşı, bankların kapital mövqeyinin möhkəmlənməsi, maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılması və yüksək likvidliyə malik yeni bankın yaradılması zərurətini nəzərə alaraq, “Caspian Development Bank”ın “Atabank”a qoşulması barədə qərar qəbul edilib”, - deyə o qeyd edib.

İ.Süleymanov korporativ idarəetmə sisteminin ən yüksək standartları çərçivəsində yenidən təşkil edilmiş “Atabank”ın yeni keyfiyyət səviyyəsi nümayiş etdirəcəyini, maliyyə dayanıqlığı göstəricilərinin qanunvericiliyin müəyyən etdiyi kriteriyalara ən yüksək şəkildə cavab verəcəyini bildirib. O, xüsusilə vurğulayıb ki, bank əmanətçilər və investorların maraqlarının qorunmasına yönəlmiş strategiya çərçivəsində öz kəmiyyət və keyfiyyət tələblərini yüksək səviyyədə davam etdirəcək, idarəetmə potensialı gücləndiriləcək, bankın sağlam və effektiv fəaliyyəti təmin ediləcək. Qoşulmadan sonra “CDB Bank”ın hüquqi varisi olduğuna görə, bütün hüquq və vəzifələr “Atabank”a keçəcək və bu səbəbdən əmanətçilərlə bağlı hər hansı sual olmayacaq.

Səhmdarların digər qərarına əsasən, bank xidmətlərinin səviyyəsinin artırılması və müştərilərə daha rahat və keyfiyyətli xidmətin təqdim edilməsi məqsədilə yaxın zamanlarda böyüyən bankın sərəncamına Xətai rayonunda yeni müstəqil inzibati bina veriləcək.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";