11:36, 21 Aprel 2017 (Cümə) 132

“Atabank” və "CDB"-nin birləşməsi maksimum 3 aya yekunlaşacaq

“Atabank” və

Bakı. 21 aprel. / “Atabank” və “Caspian Development Bank” ASC-lərin birləşməsi prosesi ən geci 3 aya yekunlaşacaq. “Report”un məlumatına görə, bu barədə bankların birləşməsi ilə bağlı bu gün keçirilən mətbuat konfrasında məlumat verilib.

Tədbirdə deyilib ki, yeni yaranacaq bankın Müşahidə Şurasına (MŞ) “Caspian Development Bank”ın MŞ-nın sədri Fərəh Məmmədova, İdarə Heyətinə isə “Atabank”ın İH-nin sədri Dəyanət Quliyev rəhbərlik edəcəklər. İdarə Heyəti 7 üzvdən ibarət olacaq.

Mətbuat konfransında o da bildirilib ki, konsolidasiya prosesinə yeni bankların qoşulması ilə bağlı “Synergy Group” MMC heç bir maliyyə qurumu ilə danışıq aparmır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";