15:41, 31 Avqust 2016 (Çərşənbə) 128

Azərbaycanlı futbolçu İsveçdə elə gözəl qol vurdu ki... - VİDEO

Azərbaycanlı futbolçu İsveçdə elə gözəl qol vurdu ki...    - VİDEO
/ İDMAN

İsveçin aşağı liqa təmsilçisi “Bodens”də çıxış edən azərbaycanlı futbolçu Ramin Sultanov diqqət mərkəzinə düşməyi bacarıb. 

365.az xəbər verir ki, özünü yaxşı tərəfdən göstərərək adıçəkilən klubun U-21 komandasına dəvət alan həmyerlimiz son turda fərqlənib. 

“Harads”la görüşdə 87 dəqiqə meydanda olan Sultanov 61-ci dəqiqədə vurduğu gözəl qolla yadda qalıb. O, hesabı komandasının xeyrinə 2:0 edib. 

Qeyd edək ki, Ramin Sultanov artıq 3 ildir ki, bu komandanın heyətində top qovur.

365.az