13:43, 12 Yanvar 2017 (Cümə axşamı) 122

ATƏT-in fəaliyyətdə olan sədri: "ATƏT məkanında münaqişələrin müharibə yolu ilə həlli mövcud deyil"

ATƏT-in fəaliyyətdə olan sədri:

Bakı. 12 yanvar. / "ATƏT məkanında münaqişələrin müharibə yolu ilə həlli mövcud deyil".

"Report" xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Vyanada keçirilən ATƏT-in Daimi Şurasının iclasında  deyib.    

ATƏT-in sədri münaqişələrin həlli üçün siyasi yolla dialoqun vacibliyini vurğulayıb.

S.Kurts, həmçinin qeyd edib ki, Avstriyanın ATƏT-də sədrliyi bu il KİV azadlığı, dini tolerantlıq, təşkilat daxilində əməkdaşlığın möhkəmləndirilməsi və s. inkişafının əldə olunmasına səy göstərəcək. 

Avstriya XİN rəhbəri ATƏT-in bütün ölkələrini bu səyləri dəstəkləməyə çağırıb. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";