14:00, 12 Yanvar 2017 (Cümə axşamı) 117

ATƏT-in Yerevan ofisi bağlana bilər

ATƏT-in Yerevan ofisi bağlana bilər
/ DÜNYA

Bakı. 12 yanvar. / Ermənistan tərəfi İrəvan ofisinin mandatının uzadılması ilə bağlı ATƏT ilə konsensus əldə edə bilməyib.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Yazılanlara əsasən, tərəflər arasında razılaşmanın olmaması nəticəsində ofisin fəaliyyətinin taleyi "havadan asılı" qalıb.

Qeyd edək ki, mövcud təcrübəyə əsasən, milli ofislərin fəaliyyəti üçün mandat ATƏT-ə üzv ölkələrin konsensusu əsasında hər il uzadılır.

Hələlik Ermənistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməyib.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";