08:49, 21 Aprel 2017 (Cümə) 112

Avropa çempionatında Azərbaycan üçün iki medal

Avropa çempionatında Azərbaycan üçün iki medal
/ İDMAN
Dünən Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürüb. 

Sport7.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının 4 üzvü tatami üzərinə çıxıb.

Yığmamız aktivinə 2 medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov və 66 kq çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə Avropa çempionatının bürünc medallarına sahib olublar.

Digər cüdoçularımız Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) isə mübarizəni erkən dayandırıblar.

Xatırladaq ki, sabah daha 3 çüdoçumuz -  Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Rüfət İsmayılov (81 kq) tatami üzərinə çıxacaq.

Sport7.az


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";