09:39, 21 Aprel 2017 (Cümə) 75

Avropa Parlamentinin sədri: "Brexit"in dayandırılması mümkündür"

Avropa Parlamentinin sədri:
/ DÜNYA

Bakı. 21 aprel. / Avropa Parlamentinin rəhbəri Antonio Tayani Böyük Britaniyanın istəyəcəyi təqdirdə "Brexit" prosesinin ləğv edilə biləcəyini açıqlayıb.

"Report" xəbər verir ki, o, bunu "The Guardian" müsahibəsində bildirib.

A.Tayaninin fikrincə, iyunun 8-də Birləşmiş Krallıqda keçiriləcək seçkilərdə ölkənin Aİ-nin tərkibində qalmasının tərəfdarlarının qalib gəlməsiylə hökumət dəyişərsə, "Brexit" təşəbbüsü asanlıqla dayandırıla bilər.

"Böyük Britaniya seçkilərdən sonra 50-ci maddəni geri çağırmaq istəyərsə, prosedur çox aydındır", -deyə Avropa Parlamentinin sədri vurğulayıb. 

Onun sözlərinə görə, Britaniya Aİ-də qalmaq istəsə, bu, hamının xeyrinə olardı.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";