02:37, 16 Aprel 2017 (Bazar) 202

Çavuşoğlu: “Qərb daim Rusiya və Türkiyənin daxili işlərinə qarışır”

Çavuşoğlu: “Qərb daim Rusiya və Türkiyənin daxili işlərinə qarışır”
/ DÜNYA

Bakı. 16 aprel. / Qərb ölkələri daim Rusiya və Türkiyənin daxili işlərinə qarışır.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya əyalətinin rusdilli icması ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, bəzi Qərb dövlətləri "Rusiya və Türkiyənin daxili işlərinə qarışmağı sevirlər və artıq illərdir davam edən bu azardan qurtula bilmirlər".

"Bu kateqoriyaya daxil olan ölkələr özlərini digərləri üzərində “rəhbər” zənn edirlər", - deyə Çavuşoğlu bildirib.

O əlavə edib ki, Avropa Ankara və Moskva arasında olan yaxınlaşmadan narahatdır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";