14:32, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 143

Azərbaycan Prezidenti: "Bizi bölmək istəyənlər, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar"

Azərbaycan Prezidenti:

Bakı. 10 yanvar. / "İslam aləmi üçün ən böyük təhlükə elə İslam aləmindən gəlir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Bizi bölmək istəyənlər, nifaq salmaq istəyənlər, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar" - dövlət başçısı vurğulayıb. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir: "Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə çox böyük hörmətlə yanaşırlar. Bax, budur bizim siyasətimiz. Bunun səbəbi odur ki, bizim siyasətimiz çox səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir".

 


document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";