15:05, 10 Yanvar 2017 (Çərşənbə axşamı) 345

İlham Əliyev: "Maaş və pensiyalar yenə də artmalıdır"

İlham Əliyev:
/ ÖLKƏ

Bakı. 10 yanvar. / 2016-cı ildə Azərbaycanda sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub. "Report” "AzərTAc”a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlar və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib: "Maaşlar 7%, pensiyalar 8% artıb və yenə də artmalıdır".

Dövlət başçısının sözlərinə görə, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. 

Ötən il ölkədə sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib, 41 tibb müəssisəsi tikilib və ya təmir edilib. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bundan əlavə, "ASAN Xidmət” mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 mln. müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb. "ASAN Viza”nın fəaliyyətə başlaması Azərbaycana turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb, 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11% artıb.