20:54, 21 Aprel 2017 (Cümə) 71

Azərbaycan sahibkarları Əfqanıstanda beynəlxalq sərgiyə dəvət ediliblər

Azərbaycan sahibkarları Əfqanıstanda beynəlxalq sərgiyə dəvət ediliblər

Bakı. 21 aprel. / Əfqanıstanın paytaxtı Kabul şəhərində “Afghan Plast Expo” I Beynəlxalq Plastmas Sənayesi sərgisi keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib. 

Bu il mayın 2-dən 5-dək davam edəcək sərgi Əfqanıstan sənayesini dünyaya tanıtmaq, ölkədə, xüsusilə də plastmas sənayesində mövcud olan potensial investisiya imkanlarını təqdim etmək məqsədini daşıyır. Sərgi plastmas sənayesində fəaliyyət göstərən bütün yerli və beynəlxalq firmalar, şirkətlər, fabriklər, treyderlər və sənayeçilərə məhsullarını nümayış etdirmək, potensial alıcı və müştəriləri cəlb etmək üçün layiqli platforma olacaq.

Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər.

“Afghan Plast Expo”da iştirak etməkdə maraqlı olan sahibkarlar Azpromo”ya (əlaqələndirici şəxs: Mahmud Əliyev, e-poçt: [email protected], tel: (+99412) 598-0147; 598-0148 (125)) müraciət edə bilərlər.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";