10:04, 12 Yanvar 2017 (Cümə axşamı) 150

Azərbaycan vətəndaşı sərhəddən gizli valyuta keçirmək istəyib

Azərbaycan vətəndaşı sərhəddən gizli valyuta keçirmək istəyib
/ ÖLKƏ

Bakı. 12 yanvar. / Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";