10:29, 28 Aprel 2017 (Cümə) 150

Azərbaycanın biznes missiyası Dubayda olub

Azərbaycanın biznes missiyası Dubayda olub

Bakı. 28 aprel. / Dubayın Kommersiya və Sənaye Palatasının vitse-prezidenti Məcid Əl Şəmsi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat Nazirliyinin iqtisadiyyat işləri katibi Məhəmməd Əl Şehhi Azərbaycan nümayəndə heyətini qəbul edib. 

“Report”un xarici mətbuata istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev başçılıq edir.

Məlumatda deyilir ki, missiyanın tərkibinə özəl sektorun 28 nümayəndəsi daxildir. Görüş zamanı əsasən qida sektoru və pərakəndə ticarət bazarı ətrafında müzakirələr aparılıb.

S.Babayev deyib ki, Azərbaycan BƏƏ-yə 300 mln. ABŞ dolları civarında investisiya yatırıb. Azərbaycanda isə bu ölkənin 255 şirkəti fəaliyyət göstərir:

“Biz BƏƏ ilə sənaye, logistika və transport sahəsində ortaq şirkətlər yarada bilərik və bu ölkənin şirkətlərini Azərbaycana cəlb etməkdə maraqlıyıq”, - deyə o, qeyd edib. 

Nazir müavini onu da deyib ki, Azərbaycanda iqtisadi və siyasi sabitlik mövcuddur, ölkə bu baxımdan xarici investorlar üçün ideal bazardır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";