17:17, 27 Aprel 2017 (Cümə axşamı) 117

Azərbaycanın sığorta bazarı 1% kiçilib

Azərbaycanın sığorta bazarı 1% kiçilib

Bakı. 27 aprel. / Bu ilin yanvar-mart aylarında Azərbaycanda 23 sığorta şirkətinin xətti ilə 150,682 mln. manat sığorta haqqı toplanılıb. 

Maliyyə Bazarlarına Nəzarət Palatasından “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır.

Hesabat dövründə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 60,292 mln. manat olub. Bu, 1 il əvvələ nisbətən 14,7% çoxdur.

Qeyd olunur ki, 2017-ci ilin yanvar-mart aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 40 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-mart aylarında 34,5 manat olub. 



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";