18:43, 27 Aprel 2017 (Cümə axşamı) 163

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

Bakı. 27 aprel. / Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Monteneqronun Podqoritsa şəhərində rəsmi səfərdədir.

DMX-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sәfәr zamanı nümayәndә heyәti Monteneqronun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Kemal Purisiclə görüşüb.

Görüşdə Azərbaycanla Monteneqro arasında inkişaf edən hərtərəfli əlaqələrin əhəmiyyətindən bəhs olunub.

F.Nəbiyev Azərbaycanla Monteneqro arasında siyasi-diplomatik və iqtisadi-mədəni əlaqələr kontekstində Dövlət Miqrasiya Xidməti ilə Monteneqronun müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətinə toxunub. Azərbaycanda miqrantların hüquqlarının yüksək səviyyədə qorunduğuna diqqət çəkib. Azərbaycan və Monteneqronun aidiyyəti qurumlarının əməkdaşlıq təcrübəsinin hər iki ölkədə həm də əmək miqrasiyası ilə bağlı sistemin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib və qurumlar arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Görüşdə miqrasiya, o cümlәdәn әmәk miqrasiyası, onlara tәsir edәn amillәr, bu prosesin tәnzimlәnmәsi mexanizmlәri, bu sahәdә olan qanunvericilik bazası vә digәr mәsәlәlәr әtrafında sәmәrәli fikir mübadilәsi aparılıb.

Sonra Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqronun Daxili İşlər naziri Mevludin Nuhodziclə görüşüb.

Azәrbaycan vә Monteneqro arasında miqrasiya sahәsindә әmәkdaşlığın perspektivlәrindən söhbət açılan görüşdə F.Nəbiyev bu istiqamətdə iki ölkə arasında qurulan əlaqələrin yüksələn xətt üzrə inkişafı ilə bağlı konkret faktlara diqqət çəkib. Xidmət rəisi “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin ötən 10 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. 

Görüşdə, həmçinin hazırda dünyada baş verən miqrasiya axınları, miqrantların üzləşdikləri problemlər barədə danışılıb. Xidmət rəisi Ermənistanın Azərbaycana təcavüzündən söhbət açıb, keçən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində 20 faiz ərazimizin işğal edildiyini, işğal nəticəsində 1 milyondan çox insanın qaçqın və köçkün düşdüyünü bildirib. Qeyd edib ki, Azərbaycan bu böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Yüzə yaxın qəsəbə salınıb, qaçqın və köçkünlər yeni gözəl mənzillərə, evlərə köçürülüb. Münaqişə isə Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, həllini tapmayıb və Azərbaycan əraziləri işğal altındadır.

Miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsinə dair məsələlərin müzakirə olunduğu görüşdə qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Mevludin Nuhodzic bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və qeyd edilən bir sıra məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını deyib.

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb. Sazişi Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Monteneqro tərəfindən Daxili İşlər naziri Mevludin Nuhodzic imzalayıblar.

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";