18:18, 21 Aprel 2017 (Cümə) 102

Azərbaycanla və Birləşmiş Ərəb Əmirlikləri arasında protokol imzalanıb

Azərbaycanla və Birləşmiş Ərəb Əmirlikləri arasında protokol imzalanıb

Bakı. 21 aprel. / Azərbaycan nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində aprelin 20-də Dubayda Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası və Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri arasında görüş keçirilib.

Nazirlikdən "Report"a verilən xəbərə görə, Ş.Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir qeyd edib ki, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynayır: "Kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın inkişafı üçün böyük potensial var. Müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanları böyükdür".

S.S.Mansuri ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycanın geniş tərkibli nümayəndə heyəti ilə Dubaya səfərinin Azərbaycanın da əlaqələrin genişləndirilməsinə marağının göstəricisi olduğunu vurğulayıb: "BƏƏ Azərbaycan məhsullarının ölkəyə ixracını dəstəkləyir. BƏƏ-yə təyin ediləcək Azərbaycanın ticarət nümayəndəsinə və bu ölkədə ticarət evinin açılmasına dəstək göstəriləcək".

Hökumətləarası Komissiyanın iclasında və nazirlərin görüşündə bir daha vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BƏƏ-nin mövqeyi dəyişməzdir, BƏƏ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatının 2016-cı ilin oktyabrında Daşkənddə keçirilmiş xarici işlər nazirlərinin 43-cü sessiyasında üzv dövlətlərə Dağlıq Qarabağ regionu daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilən məhsulların onların ərazilərinə idxalına, ixracına və satışına, eləcə də bu ərazilərdə şirkətlərin iqtisadi fəaliyyətdə iştirakına yol verilməyəcəyi barədə çağırış əks olunub.

Eyni zamanda iclasda iki ölkə arasında əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında zəruri müqavilə-hüquqi bazanın yaradıldığı qeyd olunub. BƏƏ tərəfindən Azərbaycana 778,1 mln. dollar, Azərbaycandan BƏƏ-yə isə 284,4 mln. dollar investisiya qoyulub. Azərbaycanda 255 BƏƏ şirkətiqeydiyyata alınıb. Hazırda Bakı-Dubay və Bakı-Şarjah aviareysləri fəaliyyət göstərir, Abu Dabi-Bakı reysinin də açılması nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, viza rejiminin sadələşdirilməsi və “ASAN Viza”nın tətbiqi nəticəsində son 2 ildə BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb. Azərbaycan-BƏƏ Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi, ticarət məlumatlarının mübadiləsi də əlaqələrin genişləndirilməsində əhəmiyyətli ola bilər. Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziriSultan bin Səid Əl-Mansuri imzalayıblar. 

Protokolda sənaye, energetika, bərpa olunan enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, nəqliyyat, ticarət, investisiyalar, ətraf mühit, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. 

float: left; width: 100%;">

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";