21:31, 21 Aprel 2017 (Cümə) 113

Azərbaycanlı idmançı Avropa çempionu oldu

Azərbaycanlı idmançı Avropa çempionu oldu
/ İDMAN
Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 2 cüdoçusu medal qazanıb.

Sport7.az xəbər verir ki, bu idmançılar 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərovla Rüstəm Orucovdur.

Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Heydərov ispaniyalı Xavyer Ramires, türkiyəli Həsən Vanlıoğlu, isveçli Tommi Masyak və Mikloş Unqvarini yendikdən sonra finala çıxıb. Həlledici görüşdə o, rusiyalı Musa Moquşkova qızıl xalla qalib gələrək, Avropa çempionu olub.

R.Orucov isə estoniyalı Andre Seppa və ermənistanlı Ferdinand Karapetyanı üstələsə də, 1/4 finalda rusiyalı Musa Moquşkova uduzub. Lakin o, təsəlliverici görüşdə daha bir rusiyalı Denis Yartsevə qalib gələrək, bürünc medal görüşünə çıxıb. Son qarşılaşmasında da macarıstanlı Mikloş Unqvarini məğlub edən idmançımız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

73 kq


Bürünc medal görüşü. Rüstəm Orucov - Mikloş Unqvari (Macarıstan)
Təsəlliverici görüş. Rüstəm Orucov - Denis Yartsev (Rusiya)
1/4 final. Rüstəm Orucov - Musa Moquşkov (Rusiya)
1/8 final. Rüstəm Orucov - Ferdinand Karapetyan (Ermənistan)
1/16 final. Rüstəm Orucov - Andre Seppa (Estoniya)
Final. Hidayət Heydərov - Musa Moquşkov (Rusiya)
1/2 final. Hidayət Heydərov - Mikloş Unqvari (Macarıstan)
1/4 final. Hidayət Heydərov - Tommi Masyak (İsveç)
1/8 final. Hidayıt Heydərov - Həsən Vanlıoğlu (Türkiyə)
1/16 final. Hidayət Heydərov - Xavyer Ramires (İspaniya)

81 kq

1/8 final. Rüfət İsmayılov - Nikon Zaborosçuk (Moldova)
1/16 final. Rüfət İsmayılov - Kristian Toniste (Estoniya)

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan ümumi medal sıralamasında 8-ci pillədədir.

Sport7.az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";