16:02, 24 Aprel 2017 (Bazar ertəsi) 44

Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib?

Azərbaycanlı müğənni Rusiyadan deportasiya edilib?
/ LİFE

Sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub.

Müğənni Damla kimi tanınan Məmmədova Məsumə Qərib qızı Rusiyadan deportasiya edildiyi barədə məlumat yayılıb.

"Qaynar" olke.az-a istinadən xəbər verir ki, sənətçiyə bir ay öncə 3 illik qadağa qoyulub. Bildirilir ki, Damla bir neçə məclisdən aldığı behi məcburən geri qaytarıb.

Qeyd edək ki, son zamanlar adı bir sıra qalmaqallarda hallanan sənətçi daha çox Rusiya Federasiyasındakı məclislərdə çıxış edir.

Müğənninin meneceri Şəhriyar azxeber.com-a faktı təsdiqləyib və deyib ki, buna səbəb müğənninin Rusiya ərazisinə 1 il ərzində limitdən çox girib-çıxmağı olub: "Damla Rusiyaya tez-tez getdiyi üçün, onun giriş-çıxışına "stop" qoyulmuşdu. Ancaq artıq 1 aydır ki, bu "stop" aradan qaldırılıb və rahat şəkildə Rusiyaya gedib, gələ bilirik. Çox getməyə səbəb isə oradakı el şənlikləridir".

Qaynar.Az

(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";