03:21, 18 Aprel 2017 (Çərşənbə axşamı) 130

Bakıda arvad uşağı döydüyünə görə ərini bıçaqlayıb

Bakıda arvad uşağı döydüyünə görə ərini bıçaqlayıb
/ ÖLKƏ

Bakı. 18 aprel. / Bakının Xəzər rayonunun Binə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1974-cü il təvəllüdlü Məmmədov Qurban Hüseyn oğlu "Südçülük savxozu"nda yerləşən fərdi yaşayış evində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İnsident kişinin oğlunu döyməsi üstündə baş verib. Buna dözməyən qadın mətbəx bıçağı ilə həyat yoldaşını vurub.

Hadisəni törədən qadın Q.Məmmədovun üçüncü həyat yoldaşıdır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";