16:49, 17 Aprel 2017 (Bazar ertəsi) 192

Bakıda avtomobildən 7 min manat və 30 min manatlıq qızıl oğurlanıb

Bakıda avtomobildən 7 min manat və 30 min manatlıq qızıl oğurlanıb
/ ÖLKƏ

Bakı. 17 aprel. / Bakıda avtomobildən külli miqdarda pul və qızıl oğurlanıb.

“Report”un xəbərinə görə, Nizami rayonu, hadisə Keşlə qəsəbəsi A.Puşkin küçəsi ev 11-in qarşısında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Məzrubə Əliyevaya məxsus “Lexus” markalı avtomobildən şüşəni sındırmaqla içərisində 7 000 manat, 50 ABŞ dollar pul və 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";