19:22, 17 Aprel 2017 (Bazar ertəsi) 127

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirilir

Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirilir
/ ÖLKƏ

Aprelin 18-dən 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şosesindən keçməklə hərəkət edəcək.

Qaynar.Az



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";