17:20, 27 Aprel 2017 (Cümə axşamı) 62

Bakıda itkin düşmüş Şamaxı sakininin özünə qəsd etdiyi məlum olub

Bakıda itkin düşmüş Şamaxı sakininin özünə qəsd etdiyi məlum olub
/ ÖLKƏ

Bakı. 27 aprel. / Bakı şəhəri, Binəqədi rayonunda itkin düşmüş gəncin intihara cəhd etdiyi məlum olub.

“Report”un xəbərinə görə, aprelin 23-də Şamaxı rayon sakini 1990-cı il təvəllüdlü Ruslan Zərbəliyev S.S.Axundov küçəsi 8 ünvanının qarşısından itki düşüb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R.Zərbəliyev intihar məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib və hazırda o, Quba Rayon Mərkəzi Xəstəxanasında yardım alır.

Faktla bağlı araşdırma aparılır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";