13:15, 12 Yanvar 2017 (Cümə axşamı) 83

Bakıda mənzildən 12 min dollar oğurlanıb

Bakıda mənzildən 12 min dollar oğurlanıb
/ ÖLKƏ

Bakı. 12 yanvar. / Bakıda mənzildən 12 min dollar oğurlanıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, naməlum şəxslər Asif Məmmədov küçəsi ev 143 ünvanındakı mənzillərdən birindən 500 manat, 1 000 avro və 12 000 ABŞ dollar oğurlayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.