22:23, 27 Aprel 2017 (Cümə axşamı) 211

Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib - FOTO - VİDEO

Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib - FOTO - VİDEO
/ ÖLKƏ

Bakı. 27 aprel. / Bakıda Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib.

"Report" xəbər verir ki, bu, 1979-cu il təvəllüdlü Hüseynov Hüseyn Ağamehdi oğludur.

Hadisə aprelin 24-də Yasamal rayonunda baş verib. 1992-ci il təvəllüdlü Rüstəmov Elvin Əliağa oğlu idarə etdiyi "10-B-695" dövlət qeydiyyat nişanlı, "Yamaha" markalı motosikletlə İnşaatçılar prospektində yüksək sürətlə hərəkətdə olarkən piyada keçidindən keçən H.Hüseynovu vurub. Nəticədə həm piyada, həm də motosikletin sürücüsü E.Rüstəmov ağır xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";