16:36, 27 Aprel 2017 (Cümə axşamı) 77

Bakıda "Müasir İpək Yolu" turistik paketi təqdim edilib

Bakıda

Bakı. 27 aprel. / Bakıda Türk Şurası tərəfindən təşkil edilən "Müasir İpək Yolu" turistik paketi təqdim edilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Türk Şurasının nümayəndəsi Pelin Musabay turpaketin Türk Şurasının dörd üzv ölkəsini - Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyəni birləşdirdiyini qeyd edib.

Onun sözlərinə görə, layihənin əsas məqsədi bu ölkələrin mədəniyyətini təqdim edib, onları dünyaya tanıtmaq, eləcə də turistik marşrutun keçəcəyi regionların iqtisadi inkişafına töhfə verməkdir. O, turizm marşrutunun yaradılması ilə bağlı təklifin 2014-cü ildə prezidentlərin sammitində edildiyini xatırladıb.

P.Musabay həmçinin yaxın gələcəkdə Qazaxıstanda üzv ölkələrin turizm nazirlərinin iclasının keçiriləcəyini, bu iclasda turpaketin detallarının müzakirə ediləcəyini bildirib. O, 2023-cü ilə qədər bu marşrutdan istifadə edən turistlərin sayının 1 milyona çatacağına ümidvar olduğunu vurğulayıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Regionların Turizmin İnkişafı sektorunun müdiri Seymur Həsənov layihənin başlanmasını vacib məqam kimi qiymətləndirib. O, layihənin hazırda sınaq müddətində olduğunu və may ayında xarici turistlərə təqdim olunacağını qeyd edib.

Qeyd edək ki, turistik marşrut İstanbulda başlayıb Bişkekdə başa çatacaq. Azərbaycan marşrutu Bakı, Qobustan, Şəki, Şamaxı, Gəncə və Naxçıvandan keçəcək. Marşrutun davamlılıq müddəti 14 gün, dəyəri isə aviabilet xərcləri olmadan 2500 dollar təşkil edir.



document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";