12:41, 21 Aprel 2017 (Cümə) 50

Bakıda oğru anbaan kameraya düşdü - VİDEO

Bakıda oğru anbaan kameraya düşdü  - VİDEO
/ ÖLKƏ

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkumluq həyatı yaşamış Qulam Nüsrət oğlu Qulamovun başqa bir mağazaya qənim kəsildiyi də üzə çıxıb.

“Qaynar” ARB TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Heydər Hüseynov küçəsi 13 ünvanında yerləşən ərzaq mağazasının sahibi mühafizə kameralarının Qulamovun oradan oğurluq etdiyini göstərən görüntülərini polisə təqdim edib.

Təsvirlərdə aydın görünür ki, aprel ayının 4-ü mağazaya daxil olan şəxs əlində tutduğu siyahıya əsasən müxtəlif sayda ərzaq məhsullarını kassaya yığdırır. Arada nəzakət xətrinə onun arxasınca növbədə duranları qabağa da buraxır. Ardından kassa arxasında əyləşən işçidən ona 5 qutu siqaret verməsini xahiş edir. Cavan adam dükanda ondan başqa müştəri qalmadığını görəndə yanında duran digər mağaza işçisini un dalınca göndərir. Satıcı un gətirməyə getdikdə isə, içərisində 5 qutu siqaret olan sellofan bağlamanı götürərək məkanı tərk edir. Kassirin qışqırığı oğrunu saxlamır. Un dalınca yollanan satıcının səsə geri dönməsi belə heç nəyi dəyişmir. 

Qaynar.Az

(function(w, d, n, s, t) { w[n] = w[n] || []; w[n].push(function() { Ya.Context.AdvManager.render({ blockId: "R-A-211058-1", renderTo: "yandex_rtb_R-A-211058-1", horizontalAlign: false, async: true }); }); t = d.getElementsByTagName("script")[0]; s = d.createElement("script"); s.type = "text/javascript"; s.src = "//an.yandex.ru/system/context.js"; s.async = true; t.parentNode.insertBefore(s, t); })(this, this.document, "yandexContextAsyncCallbacks");

document.getElementById("").innerHTML = "

Status: COUNTRY

";